XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 21:35

“Pulu olmasaydı, Antalyaya hazırlığa getməzdi” –Ramin Musayevdən "İnter"lə bağlı açıqlama

ramin-musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Beynəlxalq Bankının Bakının “İnter” klubuna sponsorluğunu dayandırmasına qısa münasibət bildirib.

O,  deyib ki, PFL-ə bu məsələ ilə bağlı rəsmi müraciət daxil olmadığında fikir bildirmək istəmir: “Amma onu deyim ki, “İnter”in pulu olmasaydı, Antalyaya hazırlığa getməzdi. Hər halda Türkiyə səfərinə xeyli vəsait xərclənir”.

Qeyd edək ki, bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna bank tərəfindən sponsorluğun dayandırılmasına qərar verib. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bildirib ki, klub sponsor üçün açıq elan olunur: "Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər".

Qol.az