XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 22:30

Sülhməramlılarımız Azərbaycana döndü –FOTO

azerbaycan-esgerleri

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Strateq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.