XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 23:50

“Putin Trampa “bel bağlamağa” nahaq ümid edir” –Amerikalı politoloq

putin-trump

"Rusiyanın Trampa görə ABŞ-a bel bağlaması əbəs yerədir".

Belə bir fikirlə amerikalı politoloq Ceyson Smart çıxış edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Klinton cütlüyünə şəxsi qərəzi var idi, buna görə də onun üçün Hillarinin seçkilərdə məğlub olması önəm kəsb edirdi:

"Düşünürəm ki, Rusiya və Vladimir Putin inanırdı ki, Klinton Kremlə qarşı işləyir. Rusiyanın bütün problemləri Klintonlarla bağlıdır. Buna görə onlar Hillaridən qorxurdular və sadəcə, ona nifrət edirdilər. Putin onun uduzmasını görməyi çox istəyirdi. Buna görə düşünürdü ki, Tramp seçilsə, daha yaxşı olacaq. Putin Trampa "bel bağlamağa" nahaq ümid edir, o, heç vaxt Rusiyaya dəstək vədini verməyib".

Smart Rusiyanı dünyanın ən təhlükəli ölkəsi hesab edib.

Axar.az