XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 10:33

Maliyyə Nazirliyi ABB-dəki payını77%-ə çatdırıb

ABB 3

Maliyyə Nazirliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) nizamnamə kapitalındakı iştirak payını 54,96%-dən 76,73%-dək artırıb. Qurum buna bankın nizamnamə kapitalına əlavə olaraq 600 mln. manatlıq kapital qoyuluşu nəticəsində nail olub.

"Ölkə başçısının müvafiq fərmanına əsasən Maliyyə Nazirliyi ABB-nin sağlamlaşdırılması istiqamətində addımlar atmaqda davam edir", – deyə nazirliyin məlumatında bildirilir.

O da bildirilir ki, hökumət bankın qeyri-işlək aktivlərinin alışını davam etdirəcək.

Bundan öncə ABB-nin yaydığı məlumatda qeyd edilib ki, bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 mln. manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1 mln. 241 mln. 287 min 247,85 manata çatdırılmış olacaq.

"Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir", – deyə bankın İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.