XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 11:08

Baş Dövlət Yol Polisi İdarəsi yollardakıvəziyyəti açıqladı

Azərbaycanda müşahidə olunan qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar bəzi bölgələrdəki yollarda müəyyən problemlər yaransa da, onlar aradan qaldırılıb və avtomobillərin hərəkətində məhdudiyyətlər yoxdur.

Bu barədə Azərtac-a Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

O deyib ki, ən çox Xaçmaz, Quba rayonları ərazisində yollarda qar və buz var. Amma görülən tədbirlər nəticəsində, qumlar səpiləndən sonra yollarda avtomobillər hərəkət edir.

Şöbə rəisi qeyd edib ki, ümumən ölkə üzrə yollarda hərəkət normaldır, heç bir ciddi problem yoxdur. Amma dağ və dağətəyi bölgələrdə havaların qarlı, şaxtalı olması səbəbindən yollar buz bağlayıb. Sürücülər diqqətli olsunlar, belə havalarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan şəxslərə tövsiyə olunur ki, həmin ərazilərdə ümumiyyətlə nəqliyyat vasitəsindən istifadə etməsinlər.