XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 11:55

Ağsu dolaylarına yağan qar avtomobillərinhərəkətini çətinləşdirib

Yanvarın 27-dən 28-nə keçən gecə yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində çətinliklər yaradıb. Xüsusilə Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-147-ci kilometrində – dolaylarda yollar tamamilə örtülüb.

Burada qarın qalınlığı 4-5 santimetrə çatır. Yağan qar, şaxtalı hava və duman avtomobillərin hərəkətində çətinliklərə səbəb olub.

Azərtac xəbər verir ki, 16 nömrəli “Yol İstismar” MMC-nin işçiləri qumsəpən və qreyderin köməyi ilə səhər saatlarından dolayların xüsusilə təhlükəli ərazilərində təmizləmə işləri aparır, yola duz və qum səpilir.

Ciddi səbəb olmadığı halda Ağsu dolaylarından istifadə edilməsi məsləhət görülmür. Zərurət yarandıqda avtomobillərin sazlığı, şinlərin normal vəziyyətdə olması vacibdir.