XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 12:53

Lənkəran-Lerik yolubuz bağlayıb

Lənkəran-Lerik yolunda qar səbəbindən çətinliklər yaranıb.

Lerik rayonu ərazisində dünən axşamdan yağmağa başlayan qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 10 sm təşkil edib.

Lənkəran-Lerik yolunda qar və buzlanma nəqliyyatın hərəkəti üçün problemlər yaradıb. Əraziyə 43 saylı rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub. Yolun müəyyən hissələrinə qum-çınqıl səpilir.

Yolda avtomaşınların intensiv hərəkəti bərpa olunub. Elektrik enerjisi verilişində hələ ki problem yoxdur. (“Report”)