"NordStar" şirkətinin dünən həyata keçirilməli olan Ufa-Bakı aviareysi Ufadakı hava şəraiti ilə əlaqədar bu gün daha 3 saat ləngiyir.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Məlumatda bildirilir:
"Ufadan uçuş Bakı vaxtı ilə 16:10-da, Bakıdan Ufaya isə 20:45-də planlaşdırlır".
Bundan başqa Moskvanın Şeremetevo aeroportundan Bakıya uçmalı olan "Aeroflot"a məxsus aviareys də ləngiyir. Ləngimənin səbəbləri kimi texniki problemlər göstərilir. Reys qeyr-müəyyən vaxta qədər ləngiyib.
Samaradan Bakıya "Komiaviatrans" şirkətinin təşkil etdiyi avireys isə təxirə salınıb. Həmin aviareyslə uçan təyyarə 16:30-da Bakıya çatmalı idi.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, Bakıdakı hava şəraiti aeroportun işinə təsir göstərməyib.