XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 18:18

Ay təqvimi iləYeni il başlayıb

Yanvarın 28-də ay təqvimi ilə Yeni il başlayıb. Bütün Asiyada və çinlilərin kütləvi halda yaşadıqları ölkələrdə “Alovlu xoruz” ili təmtəraqla qeyd olunur. Bayram tədbirləri gələn həftənin sonlarınadək davam edəcək.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, Çində bu bayramı ənənəvi olaraq atəşfəşanlıqla qeyd edirlər. Lakin Pekində havanın çirklənməsi səbəbindən atəşfəşanlıq qadağan edilsə də, insanlar buna məhəl qoymayıb və şəhərin ekoloji vəziyyəti bir gecənin içində daha da acınacaqlı hal alıb.

Yaponiyada Yeni il dualar və şirlərlə əjdahaların ənənəvi rəqsləri ilə qarşılanıb.

Malayziyalılar da çətin keçən “Qırmızı meymun” ilini əvəz edəcək “Alovlu xoruz” ilinə böyük ümidlər bəsləyirlər.