XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2015 - 13:43

Suriya ABŞ-la dialoqa hazırdır

“Amerika Suriya ilə bağlı hələlik yalnız bəyanatlar verir”

Suriya prezidenti Bəşər Əsəd ABŞ ilə dialoqa “hazır” olduğunu bildirib, lakin bu, qarşılıqlı hörmətə əsaslanmalıdır.

Yahoo news yazır ki, Əsəd bu fikirləri CBS News-un “60 dəqiqə” proqramına müsahibəsində qeyd edib.

Əsəd prinsipial şəkildə bildirib: “Hər bir dialoq müsbət haldır və biz ABŞ da daxil olmaqla istənilən hər hansı dovlətlə dialoqa hazırıq”.

O deyib ki, bu günə qədər rəsmi Vaşinqtonla heç bir əlaqə olmayıb.

Əsədin şərhi ABŞ dövlət katibi Con Kerrinin bu ayın əvvəlində dediyi “ABŞ, nəhayət, vətəndaş müharibəsinə son qoymaqçün Suriya dövləti ilə danışıq aparmalıdır” sözlərindən sonra ortaya çıxıb.

Obama administrasiyası sonradan yenə təkrar bildirmişdi ki, Əsədin Suriyada gələcək rolu yoxdu.

Əsəd deyib: “Mən deyərdim ki, Amerika Suriya ilə bağlı hələlik yalnız bəyanatlar verir, ortada hələ də konkret bir şey yoxdur”.

Elay