XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 19:52

Bakı küçələrində son durum:Bakı Nəqliyyat Agentliyi məlumat yaydı

Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrindəki vəziyyətlə bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə tıxac yaranıb.

Məlumatda deyilir: " “Tibilisi” (20 yanvar dairəsi istiqamətində), “Ziya Bünyadov” (hər iki istiqamətdə), “Mətbuat” (hər iki istiqamətdə), “Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir. Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir. Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir".