XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 20:09

Qazaxda iki avtomobil toqquşub:ölən və yaralananlar var

Qazaxda ağır yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb.

“Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması zamanı rayonun Cəfərli kənd sakinləri, 1984-cü il təvəllüdlü Ömərov Aqif Tapdıq oğlu və 1988-ci il təvəllüdlü Əsgərov Əhəd Abdulla oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hadisə zamanı hələ ki, kimliyi məlum olmayan bir nəfər də ölüb.
 
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.