XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2017 - 08:52

Tramp yeni müttəfiqlər tapmağı tapşırıb –İŞİD-lə mübarizə üzrə koalisiya üçün

koalisiya 2

ABŞ prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettisə İŞİD-lə mübarizə üzrə plan hazırlamağı tapşırıb. Plan ABŞ-ın rəhbərlik etdiyi koalisiya üçün yeni müttəfiqlərin müəyyənləşdirilməsini nəzərdə tutur.

D.Trampın ötən gün imzaladığı memoranduma əsasən, plan 30 gün ərzində hazırlanmalıdır. Sənəddəki bəndlərdən biri  “İŞİD-ə qarşı mübarizədə koalisiyanın yeni tərəfdaşlarının müəyyənləşdirilməsini və İŞİD-lə mübarizədə koalisiya üzrə  tərəfdaşların dəstəklənməsi siyasətinin aparılması”nı nəzərdə  tutur.  

Qeyd edək ki, İŞİD-lə mübarizədə əməkdaşlıq məsələsi ötən gün Donald Tampla Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.    (APA)