XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 Mart 2015 - 14:02

Soros: “Avropa Birliyi Ukraynaya etinasızlıq göstərir”

“Avropa Yunanıstanın maliyyə problemlərini həll etməklə çox məşğuldur”

Amerikalı milyarder-xeyriyyəçi Corc Soros hesab edir ki, Avropa Birliyi Ukraynanın maliyyə durumuna etinasızlıq göstərir.

Xarici KİV-in yazdığına görə, o, Brüsseli Kiyevə əlavə maliyyə ayırmağa çağırıb. 84 yaşlı metsenat Bi-bi-si-yə müsahibəsində bildirib ki, Avropa Yunanıstanın maliyyə problemlərini həll etməklə çox məşğuldur.

Sorosun fikrincə, yaxşı olardı ki, AB Avropaya can atan və Rusiyaya qarşı çıxan Ukraynanı təşviq etsin.

Qeyd edək ki, BVF iki həftə əvvəl Ukraynaya 17 milyard dollar ayrılması barədə qərar qəbul edib.