XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Yanvar 2017 - 08:55

Viza ilə ABŞ-a səfər etmiş müsəlmanlara ölkədəmüvəqqəti qalmağa icazə verilib

rest

Prezident Donald Trampın miqrasiya fərmanının qüvvəyə minməsinə baxmayaraq, qüvvədə olan vizalarla ABŞ-a səfər etmiş insanlara məhkəmə tərəfindən ölkədə müvəqqəti qalmaq icazəsi verilib.   

Amerika Vətəndaş Hüquqları İttifaqının məlumatına əsasən, məhkəmə qərarı ABŞ-ın hava limanlarında və tranzit zonalarında saxlanılmış 200-dək  şəxsə şamil ediləcək. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin  nümayəndəsi fərmanın qüvvəyə mindiyi 23 saat ərzində 109 nəfərin ölkəyə girişi məhdudlaşdırılıb.

Vətəndaş Hüquqları İttifaqı aeroportlarda saxlanılan 7 müsəlman ölkəsinin vətəndaşları adından hazırlanan petisiyanı təqdim etdikdən sonra hakim Enn Donelli müvafiq məhkəmə qərarı verib.     

“Assoşieyted Press” qeyd edir ki, bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hakimiyyətinə yeni fərmanın şamil edildiyi şəxslərin deportasiya olunmasını qadağan edir.

Qərar həmçinin qaçqın statusunun verilməsinə dair ərizələrinə müsbət cavab almış bütün şəxslərin hüquqlarını qoruyur.  

Xatırladaq ki,  Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb. Bundan başqa, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraqSuriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb.  (APA)