XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2017 - 10:14

Almaniya Bundestaqının deputatı ABŞ-a buraxılmır –Səbəb

alman de

Almaniya Bundestaqında 53 yerə sahib olan “İttifaq-90/Yaşıllar” fraksiyasının xarici məsələlər üzrə eksperti Omid Nuripur ABŞ prezidenti Donald Trampın bu həftə imzaladığı fərmanla əlaqədar bu ölkəyə səfər edə bilmir.

Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Buna səbəb 1975-ci ildə Tehranda anadan olan, 2002-ci ildə Almaniya vətəndaşlığı alan O. Nuripurun hələ də İran pasportuna sahib olmasıdır. O. Nuripur Bundestaqda Almaniya-ABŞ parlament qrupunun sədrinin müavinidir və bununla əlaqədar tez-tez ABŞ-a səfər etmək məcburiyyətindədir. O, indiyə qədər ABŞ-ın 50 ştatından 40-a səfər edib. D. Trampın fərmanı ilə İran vətəndaşları ilə bərabər ikili vətəndaşlığa malik şəxslərin də ABŞ-a səfərinə qadağa qoyulub.

O. Nuripur deyib ki, onun timsalında D. Trampın tətbiq etdiyi qadağanın nə dərəcədə absurd olduğu ortaya çıxır: “Almaniya hökuməti tək mənim yox, ABŞ-ın yeni qadağasının təsirinə məruz qalan bütün Almaniya vətəndaşlarını müdafiə etməlidir. Almaniya Vaşinqtonun fəaliyyəti ilə bağlı cavab tədbirləri görməlidir”.   (APA)