XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 Yanvar 2017 - 11:07

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib –Hava şəraiti ilə bağlı..

qar 2

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib.

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə, o cümlədən “Tibilisi” (20 yanvar dairəsi istiqamətində), “Ziya Bünyadov” (hər iki istiqamətdə), “Mətbuat” (hər iki istiqamətdə), “Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsindən  verilən məlumata görə, Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir.  (APA)