XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 Yanvar 2017 - 11:28

Suriyada 19 dinc sakin ölüb, 44 nəfər yaralanıb

Suriya 22

Suriyanın İŞİD terror qruplaşmasının mühasirəsində olan Deyr-əz-Zor şəhərində gedən döyüşlər nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin şənbə günü yaydığı hesabatında bildirilir.

Qeyd olunur ki, son günlər daha şiddətli döyüşlər Əl-Ommal və Ər-Rasafa məhəllələrində, Əl-Baqliyə rayonunda, həmçinin Deyr-əz-Zor aviabazasından qərbdə gedib və onlarla dinc sakinin həlak olmasına və yaralanmasına gətirib çıxarıb.

"Mühasirədə olan şəhərin həkimləri 15-23 yanvar tarixlərində minaatanlardan endirilən zərbələr nəticəsində dinc sakinlər arasında 19 nəfərin öldüyünü, 44 nəfərin yaralandığını məlumat veriblər", – deyə İdarənin məlumatında qeyd olunur.  (Report)