XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

29 Yanvar 2017 - 15:16

ABŞ-ın Yəməni bombardıman etməsi nəticəsində19 dinc sakin ölüb

 Yəmən 1

ABŞ-ın Yəməndə "Əl-Qaidə" terror təşkilatı üzvlərinə qarşı apardığı xüsusi əməliyyat nəticəsində 16 dinc sakin həyatını itirib. Onların arasında qadın və uşaqlar da var.

Bu barədə yerli məmura istinadən "Frans Press" məlumat yayıb.

Həmçinin, Əl-Beyda əyalətində pilotsuz uçan aparat və vertolyotlar tərəfindən aparılan əməliyyat nəticəsində "Əl-Qaidə" yaraqlısı olduğu ehtimal edilən 41 nəfər zərərsizləşdirilib.

Qeyd olunur ki, bu, Donald Trampın prezident kimi fəaliyyətə başlamasından sonra ABŞ-ın Yəməndə apardığı ilk irimiqyaslı əməliyyatdır.  (Report)