XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2017 - 15:49

Rus ordusu Qırğızıstanda 15 il qalacaq –Müqavilə bu gündən qüvvəyə minib

Russian soldiers

Rusiya və Qırğızıstan arasında hərbi əməkdaşlıqla bağlı müqavilə bu gündən qüvvəyə minib.

Müqaviləyə əsasən Rusiya ordusu Qırğızıstanda ən azı 15 il də qalacaq.

Beləliklə, Rusiya Qırğızıstanın Kant aerodromunu istifadə edəcək, Edelveys təhsil mərkəzi və digər hərbi obyektlərdə varlığını saxlayacaq.

Müqavilədə bu müddətin daha 5 il uzadılması mümkünlüyü də əksini tapıb.

Xatırladaq ki, Kant hərbi bazası 2003-cü ildən Rusiyanın ixtiyarındadır. Bişkekin 20 kilometrliyində, Çu çayının sahilində yerləşən baza Kant şəhərindədir.   (Axar.az)