XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 11:31

İntihar etmiş əsgərin ölümü ilə bağlı cinayət işi açılıb –Hərbi Prokurorluq

xaneli

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə əlaqədar Qazax Hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə APA-ya  Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

 Məlumata görə, ibtidai araşdırma zamanı mərhum Xanəli Fəttayevin meyitinin xarici və daxili müayinəsi keçirilib, məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin edilib: “Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir, iş üzrə qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

 Qeyd olunub ki, cinayət işinin istintaqının aparılması Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin xüsusi nəzarətindədir.