XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 12:48

Maşallah Əhmədov son sözünü dedi:“Ev verirəm, 30 min pul verirəm, götürmür, bilmirəm məndən nə istəyir?”

masllah

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M. Əhmədov son söz deyib. O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla birgə İrandan daş gətirib: "Aradan bir qədər sonra keçəndən sonra iş alınmadı, həmin daşları torpaqla barter etdik. Yusif buna baxmayaraq, məndən pul tələb edirdi. Mən 11 min pul, 2 maşın daş  vermişəm. Yenə bir maşın da daşı qaytarıram. Bilmirəm ki, Yusif məndən nə istəyir. Onu kimsə öyrədib. Ev istəyir, ev verdim razı olmadı, deyir ki, 128 min manat "pulumu qaytar". Axı mən ailə başçısıyam. Belə olmaz. O, məni şantaj edir. Həmçin bu işdə bir neçə adam var ki, məni şantaj edib, pul tələb edirlər. Çətinliklə pul toplayıb verirəm, Yusif ona da razı deyil".

M.Əhmədov zərərçəkmiş Y.Əzizova 30 min manat və bir ev təklif etdiyini söyləyib.

Y.Əzizov isə onun təklifni rədd edib.

Məhkəmə heyəti müşavirəyə yollanıb.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.