XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 13:14

Yenə qar yağacaq, yollar buz bağlayacaq –Sabahın hava proqnozu

hava qar

Sabah Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 1-3° şaxta, gündüz   1-3° isti olacağı gözlənilir.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan  771 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % təşkil edəcək.Gecə və səhər  yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 31-i, fevralın 1-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti  fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.

Yanvarın 31-dən fevralın 2-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.  

Fevralın 2-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.