XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 13:36

 Cocuq Mərcanlı minalardan təmizlənir –Son vəziyyət açıqlandı

mina 1

“Cocuq Mərcanlıda ilk olaraq tikiləcək evlərin və çəkiləcək yolların girişləri minalardan təmizlənir. Ərazidə texniki-tədqiqat işlərini tamamlamaq üzrəyik”.

Bunu hazırda hazırda Cocuq Mərcanlı kəndində olan ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib. 

Onun sözlərinə görə, qarlı hava şəraiti onların işlərinə mane olduğundan müəyyən ləngimələr var. Bu səbəbdən hələ evlərdə təmizləmə əməliyyatlarına başlanılmayıb:

“Dağılmış evlərin içərisində partlamamış hərbi-sursatların olması ehtimalı var. Həmin ərazilərdə xüsusi texnikalardan istifadə edərək təmizlənmə işlərini həyata keçirəcəyik. Əraziyə giriş yollarının təmizlənməsi işləri aparılır. Giriş xətlərinin açılmasını həyata keçirmişik. Hazırda ölçmə və işarələnmə işləri aparılır”. (AzVision.az).

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatlarının aparılacağı ərazinin ölçüsü müəyyənləşdirilib. Belə ki, 300 hektar ərazidə əməliyyatlar aparılacaq.