XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2017 - 14:26

Müdafiə Nazirliyi komitə ilə müqavilə imzaladı –Birgə plan təsdiqləndi

mudafi%c9%99-nazirliyi

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. 

Bu barədə Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların, tarixçilərin, elm xadimlərinin və ilahiyyatçı alimlərin iştirakı ilə “dəyirmi masa”ların təşkili də nəzərdə tutulub.