XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 16:57

Milli Məclis bu qanunlara dəyişiklik edəcək –Siyahı

meclis-1.jpg

Sabah, fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Strateq.az "Report"a istinadən xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxildir.

Bunlar Milli Məclisin İntizam Komissiyasının, Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi, Milli Məclisin 2017-ci il üçün yaz sessiyasının qanunverici İşlər Planının təsdiq edilməsi, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarına dəyişiklik layihələridir.

Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-dək davam edəcək.