XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 23:18

720 əcnəbi ABŞ-a buraxılmayıb –Trampın fərmanından sonra

əcnəbi

ABŞ prezidenti Donald Tramp miqrasiyaya dair fərman imzaladıqdan sonra 720 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. Bu barədə  ABŞ gömrük-sərhəd xidmətinin rəisi Kevin Makalinen bildirib.   

“Fərmanın qüvvəyə mindiyi ilk 72 saat ərzində ölkəmizə 1 mln. nəfər gəlib. Onlardan 500 min nəfəri əcnəbidir. Biz vizası olan, lakin fərmanın əhatə etdiyi ölkələrdən olan 721 sərnişinin ölkəmizə gəlişinə qadağa qoyduq”, – deyə Makalinen bildirib.   

Onun sözlərinə görə, ölkəyə buraxılmasına icazə verilməsi üçün həmin ölkələrdən olan daha 1060 şəxsin işi hazırda araşdırılmaqdadır. Həmin şəxslər ABŞ-da yaşayış hüququ verən  “Qrin kart”a sahibdirlər. Digər kateqoriyalardan olan daha 75 şəxsə icazə verilib.    

Makalinenin sözlərinə görə, bu həftə ərzində statusu təsdiqlənmiş 872 qaçqının ölkəyə gəlişi gözlənilir.  Onların şəxsi işləri araşdırıldıqdan sonra ölkəyə buraxılacaqlar.  (APA)