XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 08:34

Türkiyə və Rusiya deputatları Suriyayabirgə səfər edə bilər

rus deputat

Türkiyənin əsas siyasi partiyalarının nümayəndələri Rusiya Federasiyası Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçovun türkiyəli parlamentarilərlə Suriyaya birgə səfər etmək təklifini alqışlayıblar.  

Hakim Ədalət və İnkişaf Partiyasının üzvü Məhəmməd Ərdoğan “RİA Novosti”yə açıqlamasında bu məsələnin Rusiya-Türkiyə parlamentlərarası dostluq komitəsinin həmsədrlərinin görüşündə müzakirə olunacağını bildirib.   

“Biz rusiyalı deputatlarla Suriyaya birgə səfər edə bilərdik. Belə səfərin gerçəkləşməsi Suriyada sülhün bərqərar olmasına, ölkənin vahidliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasına xidmət edə bilər”, – deyə o bildirb.

CHP nümayəndəsi Oğuzxan Saliqi də Kosaçovun təklifini müsbət dəyərləndirərək, bu addımın  sülhün əldə olunmasına yardım edəcəyini qeyd edib.    (APA)