Yeddi nəfər həlak olub, girovlar var
Terrorçular Somali paytaxtı Moqadişoda məşhur oteli tutublar.
Xarici KİV yazır ki, nəticədə, ən azı, yeddi nəfər həlak olub. Yaraqlılar həmçinin girov da götürə biliblər. Onlar otelə soxulub bir neçə məmuru yaxalayıblar.
Polisin məlumatına görə, yaraqlılar binanın daxilində və çardaqdadır. Buna görə də polislərin otelə soxulması çətin olacaq.
Həmçinin məlumat verilir ki, binanın yanında möhkəm partlayış səsi eşidilib. Şahidlər otelin yanında iki avtomobilin məhv edilməsi barədə məlumat veriblər.