XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 11:34

Azərbaycan–Almaniya oyununun biletlərisatışa çıxarılıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyununun biletləri fevralın 1-dən satışa çıxarılıb.

Azərtac xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzi, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassaları və “Park Bulvar” Ticarət Mərkəzindən əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Kateqoriyalardan asılı olaraq biletlərin qiyməti 2, 5, 9, 14 və 19 manat təşkil edir. VİP biletləri isə 50 manata əldə etmək olar.

Azərbaycan-Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.