XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 12:27

Beynəlxalq Cüdo Federasiyası yeni reytinqsiyahısını açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

Azərtac xəbər verir ki, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu olub.

Yığmamızın aparıcı cüdoçularının hamısı mövqelərini qoruyublar. Belə ki, Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 12-ci, Nicat Şıxəlizadə 9-cu, Tərlan Kərimov (hər ikisi 66 kq) 45-ci, Rüstəm Orucov (73 kq) 1-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (hər ikisi 100 kq) 8-ci və Uşanqi Kokauri (100 kq-dan yuxarı) 17-ci pillədə yer alıblar.

Təmsilçilərimizdən yalnız Aişə Qurbanlı (48 kq) 1 rəqibini özündən irəli buraxıb. O, 41-ci yerə geriləyib.