XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2017 - 12:51

Sabah yenə qar yağacaq, şaxtalı hava şəraiti davam edəcək –PROQNOZ

şaxtalı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istindən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 2-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında isə fevralın 2-də bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 1-6 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.