XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 13:19

Bakı Avtovağzalında heç bir avtobus reysitəxirə salınmayıb

Qarlı hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində heç bir avtobus reysi təxirə salınmayıb.

Azərtac xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, hava şəraiti reyslərə təsir etməsə də, bütün istiqamətlərdə avtobusların gediş-gəlişində gecikmələr yaranıb: “Sürücülər hava şəraiti ilə əlaqədar təlimatlandırılıb və təhlükəsizlik səbəbindən avtobusları aşağı sürətlə hərəkət etdirirlər. Bu isə gecikmələrə səbəb olur. Hazırda avtovağzalda sərnişin azlığı müşahidə olunur”.