XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2017 - 13:29

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmişiş rejiminə keçib

Hava şəraiti ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a bildirib ki, yol polisləri Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı ilə birlikdə yollarda fasiləsiz xidmətə başlayıb. Artıq problemli ərazilər nəzarətə götürülüb, şəhərin yüksək hissələrində yolların kənarlarına ehtiyat üçün qum və buz topaları tökülüb, texnikalar hazırlıqlı vəziyyətə gətirilib. Hazırda yollarda vəziyyət normaldır, amma paytaxtın yüksək ərazilərində sürüşmə ehtimalları var.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu günlərdə şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük versinlər.