XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 14:11

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərəçağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı-şaxtalı günlərdə sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir. BDYPİ bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır.

Texniki cəhətdən nasaz olan, mövsümi qış şinləri ilə təchiz olunmamış avtomobillərin sahiblərindən, eləcə də qarlı-buzlu havalarda nəqliyyat vasitəsini idarəetmə təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, avtomobillərdən mümkün qədər az istifadə etsinlər, yolu və meteoroloji şəraiti nəzərə alaraq düzgün hərəkət sürəti seçsinlər:

“Ümid edirik ki, bugünkü gündə sürücülərimiz bizim tövsiyələrə ciddi yanaşarlar və texniki cəhətdən nasaz, mövsümi qış şinləri ilə təchiz olunmayan, hər iki oxu aparıcı olmayan nəqliyyat vasitələrilə yola çıxmazlar. Çünki bu gün səhər tezdən aparılan müşahidələr də onu göstərdi ki, yenə də yollarda, yolun hərəkət hissəsində sönüb qalmış nəqliyyat vasitələrinin əksəriyyəti köhnə, nasaz avtomobillərdir. Mövsümi qış şinləri ilə təchiz olunmayan, eləcə də belə havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərin yola çıxması səbəbindən bəzi problemlər yaşanır. Belə sürücülərə görə digər nəqliyyat vasitələrinin sürücüləri də əziyyət çəkirlər. Bundan başqa, fiziki və hüquqi şəxslər bəzi sərnişin avtobuslarının texniki cəhətdən saz vəziyyətdə xəttə buraxılmasına diqqət yetirməlidirlər. Bir neçə halda olub ki, məhz avtobuslar texniki nasazlıq səbəbindən yolda qalıb və digər nəqliyyat vasitələrinin də hərəkətini iflic vəziyyətə salıb”.