XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2017 - 16:03

Bölgələrdən Bakıya avtobuslargecikmə ilə gəlir

Hava şəraiti ilə əlaqədar bölgələrdən Bakı istiqamətinə gələn marşrut avtobuslarında gecikmələr var.

Bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Komplerksinin sahə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, səhər saatlarında rayonlardan Bakıya gələn avtobusların əksəriyyəti avtovağzala gecikmə ilə daxil olub:

"Əsasən Qazax, Masallı, Quba, Şamaxı, Qəbələ, İsmayıllı istiqamətindən Bakıya gələn avtobuslar gecikir. Marşrutların bəziləri 30-40 dəqiqə, uzaq yol gələnlər isə 1 saat, 1 saat 30 dəqiqə gecikir. Gecikməyə səbəb yolların qarlı olmasıdır. Buna görə də sürücülər sərnişinlərin təhlükəsizliyi üçün avtobusları aşağı sürətlə idarə edirlər və bu da gecikmələrə səbəb olur".

M.Abdullayev bildirib ki, hava şəraitinin qarlı və şaxtalı olmasına baxmayaraq, Bakıdan rayonlara gələn avtobuslar qrafikə uyğun, gecikmədən hərəkət edirlər.