XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2017 - 18:24

İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet5 manat olacaq

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov deyib.

O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq: "Satışa Novruz bayramından etibarən başlanılacaq".

E.Səfərov əlavə edib ki, biletlərin qiymətləri 2 manatdan başlayacaq: "Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20, bağlanış mərasimi üçün isə 10 manatdan başlayacaq".

O bildirib ki, İslam Həmrəyliyi Oyunlarının başlamasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır.