XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 09:01

Türkmənistanda prezident seçkilərində vaxtından əvvəlsəsvermə başlayır

türkmən

Bu gün Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayır.

Səsvermə fevralın 11-dək davam edəcək.

On gün ərzində seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Qanunvericiliyə uyğun olaraq, əsas səsvermə günü, fevralın 12-də müxtəlif səbəblərdən səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək. Seçkilərə əlaqədar ümumilikdə 2578  seçki məntəqəsi fəaliyyət göstərəcək.

Xatırladaq ki, prezident postuna hazırkı dövlət başçısı Qurbanqulı Berdiməhəmmədov daxil olmaqla, 9 nəfərin namizədliyi irəli sürülüb.   (APA)