Bakıda nənə və nəvəsi itkin düşüb.
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, Rahim Hacıyev polisə ərizə ilə müraciət edərək həyat yoldaşı, 46 yaşlı Nəzakət Hacıyeva və nəvəsi, 4 yaşlı Ləman Hacıyevanın yanvarın 30-da evdən çıxaraq getdiklərini və bir daha geri qayıtmadıqlarını bildirib. (APA)
Polisə daxil olan məlumat əsasında axtarışlara başlanıb.