Gürcüstanda Bakı-Supsa neft kəmərindən neft oğurlamaqda ittiham olunan 5 nəfər saxlanılıb.
Bu barədə “Newsgeorgia.ge” saytı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Cinayətkar qruplaşmanın üzvləri nefti boru xəttinin Qori rayonunun Ruha kəndindən keçən hissəsindən oğurlayıblar və sonradan satıblar.
Faktla bağlı cinayət işi qaldırılıb. Qruplaşma üzvlərini 6 ildən 10 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, ötən il iki analoji hal qeydə alınıb.