XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 13:36

Qanun dəyişdi –İnşaat işləri zamanı abidə aşkar edilsə iş dayandırılacaq

abide-zaqatala-1

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna dəyişikliklər müzakirə olunub.

Dəyişikliklərə əsasən, inşaat işləri görülərkən abidə aşkar edilərsə işlər dayandırılacaq və iki ay müddətində tədqiqat işləri aparılacaq. Müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Xatırladaq ki, bundan öncə qanunda bildirilirdi ki, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri AMEA-nın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər.

Dəyişikliklər səsə qoyularaq qəbul olunub.