XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 14:32

Əli Həsənov Səudiyyə kralı ilə görüşdü –FOTO

ELI KRAL

Fevralın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Azadinform xəbər verir ki, Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Prezidentin köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə Kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.