"Azercell" şirkəti nömrə satışının dayandırılması ilə əlaqədar yayılan xəbərə aydınlıq gətirib.
Şirkətdən Strateq.az-a verilən məlumata görə, fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni online sistem üzrə aparılır:
"Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. Azercell-in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün Azercell diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyatı mövcud idi və satışları ehtiyyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir.
Yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz".