XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 08:54

Merkel:“Qaçqınlara dair saziş üzrə vəsaitlər Türkiyəyə köçürülməkdədir”

merkel-3

Aİ və Türkiyə arasında qaçqınlara dair imzalanmış saziş çərçivəsində maliyyə vəsaitlərinin  köçürülməsi davam etdirilir. Bu barədə Almaniya kansleri Angela Merkel Ankarada Türkiyənin baş naziri Binali Yıldırımla görüşündən sonra mətbuat konfransında bildirib.    

“Maliyyə vəsaitlərinin köçürülməsi prosesi, Türkiyənin istədiyi sürətlə baş verməzsə də, davam etdirilir . 3 milyarddan 2,2 milyardı ayrılıb, 750 mln. dollar isə artıq köçürülüb. Lakin qaçqınların vəziyyətində  diqqət yetirdikdə, pula, sözsüz, daim tələbatın olduğu bəlli olur, çünki onlar məktəbə getmək, şəraitlərini yaxşılaşdırmaq istəyirlər”, – deyə Merkel qeyd edib.  

“Almaniya qaçqınların yerləşdirilməsində iştirak edəcək, biz hər ay 500 qaçqın qəbul etməyə qərar vermişik”. – deyə Merkel qeyd edib.  

Qeyd edək ki, martda Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişi əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.  (APA)