XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 09:00

ABŞ İrana qarşı əlavə sanksiyalartətbiq etmək niyyətindədir

İran flag

ABŞ prezidenti administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.Yeni sanksiyalar artıq bu gün tətbiq edilə bilər.  

Mənbənin məlumatına görə, sanksiyalar terroru dəstəkləməkdə günahlandırılan 8 şirkət və 17 şəxsi əhatə edəcək.   

Sanksiyalar İranın  yanvarın 29-da ballistik raketi sınaqdan keçirməsinə cavab tədbiri olaraq tətbiq ediləcək.

Sanksiyalar İranın nüvə proqramına dair əldə olunmuş razılaşmanı əhatə etməyəcək.   

ABŞ İranın nüvə proqramına dair sanksiyaları aradan qaldırsa da, Tehran əleyhinə digər sanksiyaları qüvvədə saxlayıb. İran bunun razılaşmanın mahiyyətinə zidd olduğunu iddia etsə də, Vaşinqton bununla razılaşmır.    (APA)