XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

03 Fevral 2017 - 09:02

Ağ Ev:"İsrail məskənləri Fələstin nizamlanmasına mane ola bilər"

00

Fələstin torpaqlarında yəhudi məskənlərinin salınması İsrail-Fələstin münaqişəsinin nizamlanmasına mane ola bilər.Bu barədə Ağ Evin nümayəndəsi Şon Spayser bildirib.

“Biz hesab etmirik ki, mövcud məskənlər sülhə maneçilik törədir, lakin yeni məskənlərin salınması və ya mövcud məskənlərin genişləndirilməsi Yaxın Şərqdə sülhün əldə olunmasına xeyir gətirə bilməz”, – deyə Ş.Spayser bildirib.   

Onun sözlərinə görə, Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasına dair ABŞ-ın rəsmi mövqeyi yoxdur. Ağ Ev prezident Donald Tramp və baş nazir Binyamin Netanyahu arasında görüş zamanı problem üzrə diskussiyanın davam etdiriləcəyinə ümid edir.  

Qeyd edək ki, bundan əvvəl İsrail hökuməti Fələstin ərazilərində yeni məskənlərin salınması planını dəstəkləyib.   (APA)