XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 09:19

ABŞ dövlət katibi İsrailin baş naziri ilədanışıqlar aparıb

Reks Tillerson

ABŞ dövlət katibi Reks Tillerson İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparıb.  

Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

Tillerson ABŞ-ın müttəfiqlərinə dəstək göstərəcəyini təsdiqləyib. Danışıqların digər təfərrüatları açıqlanmır.  

Qeyd edək ki, Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bundan əvvəl bildirib ki, Fələstin torpaqlarında yəhudi məskənlərinin salınması İsrail-Fələstin münaqişəsinin nizamlanmasına mane ola bilər.  

“Biz hesab etmirik ki, mövcud məskənlər sülhə maneçilik törədir, lakin yeni məskənlərin salınması və ya mövcud məskənlərin genişləndirilməsi Yaxın Şərqdə sülhün əldə olunmasına xeyir gətirə bilməz”, – deyə Ş.Spayser bildirib.  

Donald Tramp bundan əvvəl İsraili dəstəklədiyini bəyan edərək, Barak Obama administrasiyasını İsrailin məskunlaşma siyasətini pisləyən BMT TŞ-nin qətnaməsinə dəstək verdiyinə görə sərt tənqid edib.      (APA)