XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 10:35

Bakı-Naxçıvan və Bakı-Tehran aviareysləri ləğv olunub –Səbəb açıqlanmır

azal tey

Bakıdan Naxçıvana və əks istiqamətdə yerinə yetirilməli olan aviareyslər ləğv olunub.

"APA-Economics" xəbər verir ki, Naxçıvan-Bakı marşrutu üzrə reyslər bu gün müvafiq olaraq saat 13:30 və 18:20-də yerinə yetirilməli idi. Bakı-Naxçıvan marşrutu üzrə reyslər isə bu gün 10:00 və 14:50-də həyata keçirilməli idi.

Qeyd edək ki, qeyd edilən marşrut üzrə aviareysləri "Azərbaycan Hava Yolları" QSC (AZAL) yerinə yetirir.

Bununla yanaşı, Tehran-Bakı və Bakı-Tehran aviareysləri də təxirə salınıb. Aviareyslər İranın "Mahan Air" şirkəti tərəfindən bu gün müvafiq olaraq 15:30 və 16:45-də yerinə yetirilməli idi.

Aviareyslərin təxirə salınma səbəbləri açıqlanmır.