XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 12:15

“Bakı-Naxçıvan-Bakı aviareyslərin sayı 4-ə endirilib” –AZAL-dan açıqlama

AZAL

"Fevral ayında "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu ilə hər gün həyata keçirdiyi aviareyslərin sayı 4-ə endirilib".

Bu barədə AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski məlumat verib. 

O bildirib ki, fevral ayında tələbat az olduğu üçün avireyslərin sayı azaldılıb: "Sentyabr və yanvar aylarında Bakı-Naxçıvan-Bakı marşrutu ilə hər gün 6 aviareys fəaliyyət göstərirdi. Amma fevral ayında təlabat az olduğu üçün uçuşların sayı 4-ə endirilib”.

Paşa Kəsəmənski bildirib ki, burada heç bir aviareysin təxirə salınmasından söhbət gedə bilməz: "Sadəcə olaraq təlabat az olduğu aviaryeslərin sayı azaldılıb. Amma tələbat çoxalan və sərnişinlərin sayı artan kimi yenidən uçuşların sayı artırılacaq”.

Qeyd edək ki, bu gün mətbuatda Bakıdan Naxçıvana və əks istiqamətdə yerinə yetirilməli olan aviareyslərin təxirə salınması barədə məlumatlar yayılıb.