“NATO-nun qapısını döyüb üzvlük xahiş ediblər”
NATO baş katibi Yens Stoltenberq Kanada dərgisinə verdiyi müsahibədə bildirib ki, “NATO şərqə doğru müstəqil şəkildə irəliləmir, alyansın şərq sərhədlərindəki ölkələr NATO və Avropa Birliyinə girmək istəyir. Bu, tamamilə yanlış bəyanatdır. Müstəqil ölkələr NATO-nun qapısını döyüb üzvlük xahiş edib”.
Stoltenberq Rusiya nəzarətindəki ərazilərin azalması və AB ərazisinin genişlənməsi barədə fikirləri şərh edərkən deyib: “Qərar hüququ hər bir ölkə üçün suverendir. Rusiya üçün itirilənin AB tərəfindən əldə edilməsi fikri düzgün deyil. Heç kimi məcbur etməyiblər ki, AB-nin, yaxud NATO-nun üzvü olsun. Bu qurumlara girənlərin hamısı öz demokratik seçimləri üzrə daxil olub”.